Fev
2019
11:15
177
23
2849
Virtual karabakh

Benzindoldurma məntəqələrini soyan dəstə ələ keçdi - VİDEO

7 Fev, 2019
11:15
2849

Benzindoldurma məntəqələrini soyan dəstə ələ keçdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz sakinləri Ruslan Quliyev və İlkin Həsənov fevralın 1-i, axşam saatlarında İ.Həsənova məxsus “Subaru” markalı avtomobilin dövlət nömrə nişanının çıxararaq Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisindəki yanacaqdoldurma məntəqəsinə daxil olublar.

Oxu.Az xəbər verir ki, operatordan maşına 10 manatlıq yanacaq doldurmasını xahiş edən “qəhrəmanlar” xırda pullarının olmadığını deyiblər və 100 manatlıq əskinasa xırda istəyiblər.

Beləliklə, sürücü və sərnişin soyğunçuluq yolu ilə operatorun 90 manatını ələ keçiriblər. 

Ruslan Quliyev və İlkin Həsənov təxminən 20 dəqiqə sonra eyni üsulla Goranboy rayonunun Goran qəsəbəsi ərazisində daha bir yanacaqdoldurma məntəqəsinin operatoruna qarşı soyğunçuluq ediblər. Əldə etdikləri pulu öz aralarında bölən dəstə üzvləri paytaxta üz tutublar. 

Goranboy polisi soyğunçuluq edən şəxsləri müəyyənləşdiriblər. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvlərindən biri Tovuz rayonunda, digəri isə Bakıda saxlanılaraq istitaqa təqdim olunub. 

Goranboy rayon PŞ-nin İstintaq bölməsinin rəisi Elnur Heydərli bildirib ki, bu, Ruslan Quliyevin sayca üçüncü cinayətidir. O, bundan əvvəl də Ağstafa rayonu ərazisində yanacaqdoldurma məntəqəsinin operatoruna qarşı soyğunçuluq etdiyi üçün məhkum olunub. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri