Fev
2019
14:19
18
291
3373
Virtual karabakh

Bakıda qadını döyüb planşetini əlindən aldılar

7 Fev, 2019
14:19
3373

Bakıda qadını döyüb planşetini əlindən aldılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qadını döyüb, planşetini əlindən alan şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verib.

Məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 6-da günorta saatlarında M.Həsənov küçəsində bir nəfərin onu döyərək planşetini əlindən aldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ş.Nəbiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Quldurluq yolu ilə əldə etdiyi planşet polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri