Fev
2019
15:55
268
28
4694
Virtual karabakh

Bakıda 12 evdən oğurluq edənlər tutulub - FOTO/VİDEO

7 Fev, 2019
15:55
4694

Bakıda 12 evdən oğurluq edənlər tutulub - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi  Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxslər saxlanılıblar. 

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Mirsaleh Məmmədov və Şəmkir rayon sakini Samir Abbasov tutulublar.

Araşdırma zamanı onların Binəqədi, Biləcəri qəsəbələrində yerləşən 12 evdən əsasən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub. Qeyd edək ki, evlərə oğurluğa əsasən M.Məmmədov daxil olub. 

Daha sonra o, oğurladığı əşyaları S.Abbasovla birlikdə satıb. Həmin şəxsləri ətraflarında keçirilən əlavə tədbirlərlə onların digər rayonların ərazilərində də evlərdən oğurluqlar etdikləri məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri