12 
Fev
2019
13:24
230
32
6007
Virtual karabakh

Rusiyada azərbaycanlı biznesmeni öldürən şəxs tutulub - FOTO

12 Fev, 2019
13:24
6007

Rusiyada azərbaycanlı biznesmeni öldürən şəxs tutulub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 31-də Rusiyanın Arxangelsk şəhərində güllənən azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlunun qatilinin kimliyi və qətlin səbəbi müəyyənləşib.

Bu barədə “Report” yazır.

Bildirilir ki, azərbaycanlı iş adamını güllələyərək öldürən şəxs qismində saxlanılan Belarus Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü Tarasau Ruslandır. 

O, saxlanıldığı Arxangelsk şəhəri Plesetsk rayonu polisinə günahını etiraf edib. 

Azərbaycanlı iş adamının rayon ərazisindəki torpaq bölgüsü üstündə yaranan mübahisəyə görə sifariş əsasında öldürüldüyü etiraf olunsa da, sifarişçinin kimliyi istintaq sirri olduğu üçün hələlik açıqlanmır.  

Qeyd edək ki, yanvarın 31-də gecə saatlarında Ruslan Hüseynov aldığı beş güllə yarasından yerindəcə həyatını itirib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri