15 
Fev
2019
12:35
123
59
4667
Virtual karabakh

Başçısı azərbaycanlı olan dəstə ələ keçirildi: qocaları aldadırmışlar - VİDEO

15 Fev, 2019
12:35
4667

Başçısı azərbaycanlı olan dəstə ələ keçirildi: qocaları aldadırmışlar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva polisi və kiberhücumların qarşısının alınması üzrə beynəlxalq təşkilat olan “Group-IB”nin əməkdaşları özlərini “Moskva prokuroru” kimi təqdim edərək, yaşlı pensiyaçıları aldadıb pullarını ələ keçirən dəstə üzvləri saxlanılıb. 

Bununla bağlı News.ru portalı məlumat yayıb. 

Bildirilib ki, həmin şəxslər zərərçəkmişlərə dərman preparatları, tibb avadanlıqları və bioloji aktiv əlavələri aldıqlarına görə kompensasiya vəd edib və onların hər birindən 30-300 min rubl götürüb. Ümumilikdə, dəyən zərərin 10 milyon rubl (255 min AZN - red.) olduğu müəyyənləşib. 

Araşdırmalar zamanı məlum olub ki, dələduzluq planını 35 yaşlı Domodedov sakini, əslən azərbaycanlı olan şəxs hazırlayıb və dəstəyə başçılıq edib. 

Qeyd edilib ki, yeddi nəfərdən ibarət dəstə üzvləri ilə bağlı cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri