21 
Fev
2019
12:35
171
34
4409
Virtual karabakh

Gəncədə qanunsuz silah gəzdirən şəxslər saxlanıldı - VİDEO

21 Fev, 2019
12:35
4409

Gəncədə qanunsuz silah gəzdirən şəxslər saxlanıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncənin Kəpəz rayonunda iki nəfərin odlu silah saxladığı aşkar edilib. 

Sözügedən şəxslər əvvəllər məhkum olunmuş, 21 yaşlı Sənan Əliyev və tanışı, 23 yaşlı Xəyal Ağayevdir.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyal Ağayevin yaşadığı ünvandan odlu silah-sursat, eləcə də, insan sağlamlığına zərər vura biləcək digər əşyalar aşkarlanaraq götürülüb. 

İstintaq araşdırmaları zamanı hər ikisinin Kəpəz rayonu ərazisində fəaliyyət göstərən mağazaların birindən oğurluq və daha bir obyektdən isə oğurluğa cəhd etdikləri müəyyənləşib. Onlar törətdikləri əməli etiraf ediblər. Xəyal Ağayev silah-sursatın tanışı Sənan Əliyevə məxsus olduğunu deyib. 

Sənan Əliyev silah-sursatları tapdığını, digər əşyaları isə qonşu ölkələrdən gətirdiyini deyib. Silahı saxlamaqda isə heç bir çirkin niyyətinin olmadığını iddia edib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb, araşdırmalar davam etdirilir. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri