22 
Fev
2019
16:08
126
24
3998
Virtual karabakh

“Cibgir Sürəyya” hakim qarşısına çıxarıldı

22 Fev, 2019
16:08
3998

“Cibgir Sürəyya” hakim qarşısına çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail rayon Məhkəməsində xeyli miqdarda oğurluqda təqsirləndirilən Sürəyya Balayevanın cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə baxışı martın 5-nə təyin edilib. 

Qeyd edək ki, ötən ilin noyabr ayında S.Balayeva Səbail polisi tərəfindən saxlanılıb. DİN-dən verilən məlumata görə, oğurluq etmiş S.Balayevanın ətrafında Səbail RPİ 39-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha üç nəfərin müvafiq olaraq 300, 61 və 225 manat pullarını oğurlaması da müəyyən edilib.

Xatırladaq ki, Sürəyya Balayeva 19.09.2011-ci ildə də eyni əməllə həbs olunub. Belə ki, Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də paytaxtın Neftçilər prospektindəki ticarət mərkəzində, şəhər sakini Solmaz Quliyevaya məxsus içərisində 1000 manat, sənədlər, bankomat kartı olan çantanı oğurlamış Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Sürəyya Balayeva tutulub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri