22 
Fev
2019
15:13
215
37
3874
Virtual karabakh

İş adamının evindən oğurluq edən xadimə: Maaşımı vermirdilər

22 Fev, 2019
15:13
3874

İş adamının evindən oğurluq edən xadimə: Maaşımı vermirdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gülər Piriyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış edərək, G. Piriyevanın altı il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Daha sonra zərərçəkmiş Vüsalə Bəşirova çıxış edib. O, təqsirləndirilən qadını təhqir edərək, məxluq adlandırıb. Hakim zərərçəkmişin sözünü kəsərək, ona xəbərdarlıq edib. 

G.Piriyeva son sözündə deyib ki, V.Bəşirovanın evindən qızıl üzük və 1000 dollar pul götürüb: 

“Düzdür, günahım var. Amma həmin pulu və üzüyü götürməyimə səbəb maaşımı ala bilməməyim olub. Çünki Vüsalə Bəşirova üç ay idi ki, maaşımı vermirdi. Pulu və üzüyü evə apardım ki, heç olmasa pulum olsun”. 

Sonra hökm oxunub. Hökmə əsasən, G.Piriyeva altı il müddətinə azadlıqdan məhrum olunub. 

İttihama görə, G.Piriyeva Vüsalə Bəşirovanının Bakıda yerləşən evində xadimə kimi çalışıb. O, işlədiyi dövrdə ev sahibinin mənzilindən 56 min manatlıq oğurluq edib. 

V.Bəşirovanın hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılan G.Piriyeva barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. 

Xatırladaq ki, zərərçəkmiş V.Bəşirova “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirovun həyat yoldaşıdır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri