Mar
2019
15:09
109
19
2534
Virtual karabakh

Cəlilabad sakinindən külli miqdarda narkotik götürüldü - FOTO

5 Mar, 2019
15:09
2534

Cəlilabad sakinindən külli miqdarda narkotik götürüldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad sakinindən satmaq niyyəti ilə əldə etdiyi külli miqdarda narkotik vasitə aşkar edilib.

Bununla bağlı Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi məlumat yayıb. 

Bildirilib ki, keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıb. 

Onun üzərində şəxsi axtarış aparılan zaman 1679 qram narkotik vasitə olan heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq R.Quliyevin yaşadığı evə də baxış keçirilib. Oradan isə əlavə olaraq 13 kiloqrama yaxın narkotik vasitə olan tiryək və 65 qram heroin aşkar edilərək götürülüb. 

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyəti məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib. 

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri