Mar
2019
17:48
30
221
3533
Virtual karabakh

Buldozerin ehtiyat hissələrini oğurlayıb satdılar - FOTO

6 Mar, 2019
17:48
3533

Buldozerin ehtiyat hissələrini oğurlayıb satdılar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba rayonunun Kunxırt kənd ərazisində buldozerin ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bununla bağlı DİN mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. 

Araşdırmalarla onların rayonun Talabıqışlaq kənd sakinləri Elbrus Şirinov və Nahib Əliyev olduqları müəyyən edilib. Sözügedən şəxslər bundan əvvəl də həbsdə olublar.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq əməllərini etiraf ediblər. Məlum olub ki, E.Şirinov və N.Əliyev kənd ərazisində təmir üçün dayanmış ÇTZ-B-11 markalı buldozerin sürət qutusunu və bir neçə ehtiyat hissələrini oğurlayaraq, sonuncuya məxsus “İj” markalı avtomobilə yükləyib hadisə yerindən uzaqlaşıblar.

Törətdikləri oğurluq hadisəsi nəticəsində 10 000 (on min) manatdan çox maddi ziyan vuran həmin şəxslər ehtiyat hissələrini rayon ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsinə dəyərindən dəfələrlə ucuz qiymətə satıblar. 

Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri