Mar
2019
11:20
185
22
2485
Virtual karabakh

Bakıda velosiped oğrusu saxlanılıb - VİDEO

7 Mar, 2019
11:20
2485

Bakıda velosiped oğrusu saxlanılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda velosipedləri oğurlayan şəxs saxlanılıb. 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xətai  rayonu S.Vəzirov küçəsi 22-də yaşayan paytaxt sakini İmran Rəsulov polisə müraciət edərək ona məxsus dəyəri 350 manat olan velosipedin naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Analoji müraciətlərlə Xətai Rayon Polis İdarəsinə (RPİ) müraciət edən daha dörd şəxs onların da müxtəlif vaxtlarda ümumi dəyəri 3000 manata yaxın olan velosiopedlərinin oğurlandığı barədə məlumat veriblər. 

Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Gürcüstan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş Elxan Mansurov saxlanılıb.

O, ifadəsində etdiyi cinayəti etiraf edərək oğurladığı velosipedləri satdığını bildirib.

Qeyd edilən faktlarla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və E.Mansurov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai RPİ müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri