Mar
2019
15:55
21
178
2275
Virtual karabakh

Dəyirmaların elektrik mühərriklərini oğurladılar - VİDEO

7 Mar, 2019
15:55
2275

Dəyirmaların elektrik mühərriklərini oğurladılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcəbədi rayonunda elektrik mühərrikləri oğurlayan şəxslər saxlanılıb. 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, bir qrup Ağcabədi rayon Qaravəlli kənd sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək dəyirmandan elektrik mühərriklərinin oğurlanması barədə məlumat verib. 

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kəndin sakinləri -  Hacı Əzizov və Surxay Məmmədov saxlanılıblar. 

Araşdırmalarla onların ayrı-ayrı vaxtlarda dəyirmanlardan 22 ədəd elektrik mühərriki oğurlamaqla zərərçəkənlərə 8000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib. 

Saxlanılan şəxslər ifadələrində oğurluq etdiklərini etiraf ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri