Mar
2019
01:33
150
15
4258
Virtual karabakh

Məhkəmədə şahidlər generalı ittiham edir - “Dərman işi”

8 Mar, 2019
01:33
4258

Məhkəmədə şahidlər generalı ittiham edir - “Dərman işi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, general-mayor Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Gömrük Hospitalının Planlama və Marketinq şöbəsinin müdiri Leyla Mustafayeva şahid qismində ifadə verib.

L.Musyafayeva söyləyib ki, işi həkimlərin fəaliyyətinə görə onlara ayrılacaq məvacibi proqrama köçürmək olub.

Belə ki, hospitalda işləyən həkimlər müxtəlif faizlər alıblar. Həkimlər öz işlərini əlyazma ilə onlara təqdim edib. Daha sonra həmin sənədlər yığılaraq Fərman Məmmədliyə verilib.

Sonuncu mərhələdə isə Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sənədlərə imza atıb.

Suallara cavab verən L.Mustafayeva aylıq məvacibinin 170 manatını kartla, 1000 manatını isə nağd şəkildə aldığını deyib.

L.Mustafayeva həkimlərin nə qədər maaş alması sualına da cavab verib. Bildirib ki aylıq 10 min, 20 min, 60 min, 90 min maaş alan həkim də olub. Şahid ən çox cərrahların çəvacib qaldığını qeyd edib.

Məhkəmədə şahid qismində idarənin arxiv işçisi Nəzakət Cəlalqızı dindirilib. 

O bildirib ki, gedən proseslərden ancaq Maliyyə Nazirliyinin apardığı yoxlamadan sonra xəbər tutub.

Gömrük Hospitalının Satınalma Şöbəsinin mütəxəssisi Vüsalə Əliyeva isə ifadəsində bildirib ki, işi verilən sifarişlərin siyahısını tutmaqdan ibarət olub.

Şahid bütün prosesləri idarə rəisi Fikrət Qədiməliyevin icazəsi ilə həyata keçirdiklərini deyib.

Məhkəmə prosesi martın 11-də davam etdiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri