Mar
2019
23:13
41
160
2103
Virtual karabakh

Gəncə sakini Qazaxda heroin satmaq istədi

8 Mar, 2019
23:13
2103

Gəncə sakini Qazaxda heroin satmaq istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. 

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Salman Lələyev saxlanılaraq polis şöbəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman 14 qram çəkidə narkotik vasitə  olan “heroin” aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı S. Lələyev narkotik maddəni Qazax rayonuna satmaq üçün gətirdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri