Mar
2019
10:10
136
22
2263
Virtual karabakh

Bakıda silahlı şəxs saxlanılıb - FOTO/VİDEO

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxtın Nərimanov rayonu Təbriz küçəsində əvvəllər məhkum olunmuş Azər Cəfərzadə saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Revolver” tipli tapança və ona aid 2 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb. 

Saxlanılan şəxs silah-sursatı bir müddət əvvəl qəbiristanlıqdan tapdığını və həmin gündən bəri polisə könüllü təhvil verməyərək üzərində daşıdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. A.Cəfərzadə barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri