15 
Mar
2019
21:19
24
229
3620
Virtual karabakh

Şamaxıda evdən meyit tapıldı

15 Mar, 2019
21:19
3620

Şamaxıda evdən meyit tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxı rayonu Məmmədhüseyn Şəhriyar küçəsi 27 ünvanında kişi meyiti aşkarlanıb. 

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, ölən şəxs 1961-ci il təvəllüdlü Şirvani Şirzad Mikayıl oğludur.

Onun ölüm səbəbi məlum deyil. 

Bildirilib ki, həmin şəxs kimsəsiz olub, uzaq qohumları onu qonşulara tapşırıbmış. 

Bir neçə gün onun evdən çıxmadığını görən qonşular müvafiq qurumlara məlumat verib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri