19 
Mar
2019
14:06
178
51
8547
Virtual karabakh

Azərbaycanda bankdan yarım milyon pul oğurlandı - Öz işçisi imiş

19 Mar, 2019
14:06
8547

Azərbaycanda bankdan yarım milyon pul oğurlandı - Öz işçisi imiş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lisenziyası ləğv edilmiş “Zaminbank”dan 480 min manat məbləğində pul oğurlamaqda təqsirləndirilən Elnur Kərimov barəsində həbs qətimkan tədbiri seçilib. 

Oxu.Az-ın xəbərinə görə, “Zaminbank”da kredit mütəxəssisi vəzifəsində çalışmış E.Kərimov etibardan sui-istifadə edərək banka qarşı 480 min manatlıq dələduzluq edib. 

Belə ki, o, işlədiyi dövrdə bankda müştərilərin hesabından pul çıxararaq digər hesablara köçürüb. 

İstintaq dövründə E.Kərimova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Onun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri