20 
Mar
2019
23:55
27
267
6471
Virtual karabakh

Samuxda ər arvadının qanını tökdü

20 Mar, 2019
23:55
6471

Samuxda ər arvadının qanını tökdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Samux rayonunun Karayeri qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. 

Bu barədə Oxu.Az-ın regional müxbiri məlumat verib.

Qəsəbə sakini 1964-cü il təvəllüdlü Dilbər Məhərrəmova yaşadığı evdə həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib, əməliyyat olunub, vəziyyəti orta ağırdır. 

Qadının yaxınlarının bildirdiyinə görə, Dilbərlə əri arasında mübahisə yaşanıb. Nəticədə həyat yoldaşı qadına bir neçə dəfə bıçaqla zərbə endirib.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri