Apr
2019
14:55
19
175
4440
Virtual karabakh

Avtomobillə xanımını vurdu, sonra da özünü öldürmək istədi

3 Apr, 2019
14:55
4440

Avtomobillə xanımını vurdu, sonra da özünü öldürmək istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə kişi qəsdən avtomobillə həyat yoldaşını vurub.

Oxu.Az-ın məlumatına görə, hadisə Məhsəti qəsəbəsində baş verib. 

1960-cı il təvəllüdlü Eldar Abbasov Sevinc adlı həyat yoldaşını idarə etdiyi “VAZ” markalı avtomobillə vurub. Belə ki, kişi bir neçə dəfə qadını maşınla divara tərəf sıxıb. E.Abbasovun xəsarət alan həyat yoldaşı xəstəxanaya yerləşdirilib. 

Hadisədən sonra E.Abbasov özü də sirkə turşusu içərək intihara cəhd edib, dərhal xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri