11 
Apr
2019
15:26
44
221
4353
Virtual karabakh

Bakıda kişi arvadını doğramaq istədi

11 Apr, 2019
15:26
4353

Bakıda kişi arvadını doğramaq istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 34 yaşlı kişi həyat yoldaşını qətlə yetirməyə cəhd edib.

Bu barədə Oxu.Az-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata əsasən, aprelin 10-da Ələkbərov Vüqar Əliheydər oğlu 25 yaşlı həyat yoldaşı Ələsgərova Şəbnəm Elman qızına iki bıçaq xəsarəti yetirib. Qadın boyun və sinə nayihəsinin deşilmiş yaraları ilə ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb.

Xətai rayonunun 36 saylı Polis Bölməsinin əməkdaşları V.Ələkbərovu saxlayıb. Cinayətin qısqanclıq zəminində törədildiyi ehtimal edilir. Sağamlığa ağır ziyanvurma faktı üzrə cinayət işi açılıb.

Qeyd edək ki, ölkədə son vaxtlar soyuq silahla törədilən məişət zorakılığı hallarının sayı əhəmiyyətli dərəcədə artıb. Əksər hallarda belə cinayətlərin qurbanı qadınlar olur.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri