11 
Apr
2019
16:09
345
187
9297
Virtual karabakh

Xırdalanda iki polisi bıçaqladılar

11 Apr, 2019
16:09
9297

Xırdalanda iki polisi bıçaqladılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 10-da gecə saatlarında Xırdalanın “Sultan” kafesində düşən münaqişə zamanı iki polis əməkdaşı yaralanıb.

Bu barədə Oxu.Az-a Abşeron rayon Polis İdarəsindən məlumat daxil olub.

Məlumata görə, çevik polis alayı əməkdaşı Rəşad Alışev və daxili qoşunların əməkdaşı Orxan Nağıyev kafenin işçiləri ilə müştərilər arasında düşən dava zamanı zərər çəkib.

Nəticədə asayiş keşikçiləri və Orxan Nağıyevin qardaşı Rauf Nağıyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin vəziyyətinin normal olduğu bildirilir.

Məlum olub ki, polis əməkdaşları münaqişə düşən zaman iş başında olmayıb. Onlar kafeyə istirahət məqsədilə gedib. Bu zaman gənclər və iaşə obyekti işçiləri arasında düşən davaya müdaxilə ediblər. 

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri