11 
Apr
2019
17:11
21
221
6764
Virtual karabakh

Keçmiş TV əməkdaşı yenə vətəndaşları aldadır - Bu dəfə başqa adla

11 Apr, 2019
17:11
6764

Keçmiş TV əməkdaşı yenə vətəndaşları aldadır - Bu dəfə başqa adla

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Media Qrup” təşkilatının rəhbəri, jurnalist Vüqar Ağayev vətəndaşlara özünü “Çexiya səfirliyinin diplomatı” kimi təqdim edib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Paytaxt polisi bir neçə nəfərin şikayəti əsasında V.Ağayevi axtarır. Zərərçəkənlərin şikayət ərizələrinə görə, jurnalist özünü Çexiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı kimi təqdim edib və müəyyən məbləğ qarşılığında onları işlə təmin edəcəyinə söz verib.

Onun sözünə aldananlar V.Ağayevin göstərdiyi bank hesabına pul köçürüb. V.Ağayev onları əmin edib ki, hesaba köçürülən vəsaitləri birbaşa olaraq işə düzəldən şəxs nağdlaşdırır, o isə sadəcə vasitəçidir.

Qeyd edək ki, ötən il də V.Ağayevin dələduzluq əməlləri barədə mətbuatda yazılar dərc edilmişdi. Bildirilirdi ki, o, “Space” telekanalında vacib bir şəxs olduğunu bildirərək, gənc xanımları “mavi ekranın ulduzlarına” çevirməyə söz verib. Onun 6-7 ay ərzində 500-dən çox adamı aldatdığı deyilirdi. 

V.Ağayevin əvvəllər “ARB” telekanalında layihə gerçəkləşdirdiyi də bəlli olub.

ARB-dən Oxu.Az-a verilən məlumata görə, V.Ağayev çoxdandır ki, telekanalda işləmir, onun hazırda harada olduğunu heç kim bilmir.

Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, onlarda V.Ağayevi cinayət məsuliyyətinə cəlb etmək üçün kifayət qədər dəlil var. Ancaq o hələlik azadlıqdadır.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri