13 
Apr
2019
13:33
620
79
14568
Virtual karabakh

Kəramət Böyükçölü Bakıda kafedə döydülər

13 Apr, 2019
13:33
14568

Kəramət Böyükçölü Bakıda kafedə döydülər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənc yazar Kəramət Böyükçölün (Nəcəfov) Bakıda kafedə döyülməsinə aydınlıq gətirilib.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a bildiriblər ki, yazıçının dostu Şamil Paşayev Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə müraciət edib.

O deyib ki, aprelin 11-də dostu Kəramət Böyükçöllə birgə “Port Röyal” kafesində naməlum şəxslər tərəfindən döyülüb.

Polisdən bildiriblər ki, K.Nəcəfov və onun dostu hadisə zamanı içkili olublar. Onlarla kafenin sahibi arasında mübahisə yaranıb. Sonradan mübahisə davaya çevrilib.

Kafe sahibi hadisə yerinə polis əməkdaşlarını çağırıb. Dava iştirakçılarını bölməyə dəvət edib, izahatlarını alıblar. Sonradan onlar sərbəst buraxılıblar.

Xatırladaq ki, Kəramət Böyükçöl bundan əvvəl Azərbaycanın tanınmış şəxsiyyətləri haqqında xoşagəlməz ifadələr işlədərək, sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. Əvvəlcə Əbülfəs Elçibəy, daha sonra Xəlil Rza Ulutürk haqqında ağır ifadələr səsləndirərək, onları təhqir edən Kəramət Böyükçöl sonuncu dəfə isə meyxana sənəti və meyxana ustadlarına qarşı hörmətsizlik edib.

Ramella İbrahimxəlilova     

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri