17 
Apr
2019
11:35
151
15
2791
Virtual karabakh

Bakıda obyektlərə qənim kəsilən oğrular saxlanıldı - FOTO

17 Apr, 2019
11:35
2791

Bakıda obyektlərə qənim kəsilən oğrular saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 15 obyektdən oğurluq edən şəxslər saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq edilib. Zərərçəkən obyekt sahibi 37-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, marketdən 250 manat, danışıq kartları və tütün məmulatları naməlum şəxslər tərəfindən oğurlanıb. 

Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəşad Bayramlı və Kürdəmir rayon sakini Nicat Yunusov saxlanılıblar. Onlar ifadələrində oğurluq etdiklərini etiraf ediblər. 

Xətai RPİ-də saxlanılan şəxslərin ətraflarında aparılan əlavə əməliyyat tədbirləri ilə onların rayon ərazisində əlavə olaraq doqquz mağazadan, iki həyətyanı sahədən və üç saxlanc yerindən pul, tütün məmulatları və məişət əşyaları oğurladıqları məlum olub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri