17 
Apr
2019
17:15
175
115
7732
Virtual karabakh

Sevgilisini bıçaqlayan qadın azadlığa buraxıldı

17 Apr, 2019
17:15
7732

Sevgilisini bıçaqlayan qadın azadlığa buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Gülnar Şərifovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, G.Şərifova barəsində şərti cəza seçilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb. 

İttihama görə, hadisə 2018-ci ilin iyun ayının 1-də Bakı şəhərində baş verib. G.Şərifova qeyri-rəsmi yaşadığı, özündən beş yaş kiçik olan Elçin Zeynalovla mübahisə edib. Mübahisə zəminində o, E.Zeynalovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. 

İstintaq dövründə G.Şərifova barəsində Cinayət Məcəlləsinin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri