17 
Apr
2019
14:21
12
237
6353
Virtual karabakh

Bakıda çimərlikdən qadın meyiti tapıldı - FOTO

17 Apr, 2019
14:21
6353

Bakıda çimərlikdən qadın meyiti tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Tropikanka” çimərliyinin ərazisində naməlum qadın meyiti tapıb.

Bu barədə Oxu.Az-a Polis İdarəsindən məlumat verilib.

Aprelin 17-də səhər saatlarında hüquq-mühafizə orqanları əməkdaşları sudan şəxsiyyəti indiyə kimi müəyyən edilməmiş qadın meyiti çıxarıb. Onun intihar etdiyini ehtimal edilir.  

Polis əməkdaşları vətəndaşlara müraciət edərək, qadının kimliyini müəyyən etməkdə köməklik göstərməyi xahiş edir. Şəkildəki qadını tanıyanların Su Nəqliyyatında Polis İdarəsinin +(99450) 200-58-08 əlaqə nöməsinə zəng vurmaları xahiş olunur:

Qadının əlamətləri: 25-35 yaşlarında, boyu 158-159 sm, saçları qara, gözləri qonur. Kriminalistlər qadında 16 qızıl dişin (səkkiz yuxarıda, səkkiz aşağıda) olduğunu bildirir. Əynində idman üslublu triko, qara uzunboğaz sviter, qırmızı baletka-tufli var.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri