19 
Apr
2019
12:15
168
71
11037
Virtual karabakh

Bakıda keçmiş güc strukturu əməkdaşı narkotikdən öldü

19 Apr, 2019
12:15
11037

Bakıda keçmiş güc strukturu əməkdaşı narkotikdən öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 45 yaşlı Məhərrəmov Vüqar Sübhi oğlu yüksək dozada narkotik vasitə zəhərlənməsindən vəfat edib.

Bu barədə Oxu.Az-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Məhərrəmovun cansız bədəni aprelin 18-də Nərimanov rayonunda, İbrahimpaşa Dadaşov küçəsi yaxınlığında yerləşən yeni tikilinin mənzillərindən birinin hamam otağında aşkarlanıb.

Kriminalistlər meyitin yanında istifadə olunmuş iynə aşkarlayıb. Bununla əlaqədar onun yüksək dozada narkotik vasitədən zəhərlənməsi versiyası irəli sürülüb.

Hazırda dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspert müayinəsi aparılır.

Qeyd edək ki, Məhərrəmov bundan əvvəl güc strukturlarında çalışıb və səhhəti ilə əlaqədar vəzifədən kənarlaşdırılıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri