20 
Apr
2019
18:22
237
50
6170
Virtual karabakh

Mehdiabadda silahlı şəxs saxlanıldı - FOTO

20 Apr, 2019
18:22
6170

Mehdiabadda silahlı şəxs saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində üzərində odlu silah gəzdirən şübhəli şəxs saxlanılıb. 

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, həmin şəxs Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Mirzəyev Məhəmməd Cavanşir oğludur. 

Mehdiabad qəsəbəsində saxlanılan C. Mirzəyev polis bölməsinə aparılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilib, avtomobilin yük yerindən bir ədəd “Kalaşnikov” avtomatı və 30 ədəd patron aşkar edilərək götürülüb. 

İlkin dindirilmə zamanı o, silahı zibil atarkən kanalın yaxınlığında selofan torbada tapdığını bildirib. 

Qeyd edək ki, M. Mirzəyev müxtəlif maddələr üzrə yeddi dəfə məhkumluq həyatı yaşayıb. 

Faktla bağlı Abşeron Rayon Polis idarəsində araşdırma aparılır.

 

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri