22 
Apr
2019
16:44
271
61
19724
Virtual karabakh

Prokuror: Fədayə Laçına ədalətli hökm verilib

22 Apr, 2019
16:44
19724

Prokuror: Fədayə Laçına ədalətli hökm verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Oxu.Az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, çıxışında təqsirləndirilən şəxslər barəsində ədalətli hökm verildiyini və apellyasiya şikayətinin təmin olunmamasını istəyib. 

Sonra təqsirləndirilən şəxsin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyib. 

Proses mayın 6-dək təxirə salınıb. 

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri