May
2019
01:02
15
232
5686
Virtual karabakh

Bakıda qanlı gecə - Bir qadın və bir kişi bıçaqlandı

7 May, 2019
01:02
5686

Bakıda qanlı gecə - Bir qadın və bir kişi bıçaqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə 8-ci km-də qeydə alınıb. 1968-ci il təvəllüdlü Ələkbərova Viktoriya yaşadığı evdə bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Daha bir hadisə Bakının Səbail rayonunda  baş verib. 

Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Bayramov Vüqar Tariyel oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı dərhal 1 saylı Şəhər Kliniki Mərkəzinə çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri