May
2019
11:17
14
172
3421
Virtual karabakh

Bakıda maşından 3500 manatlıq dörd gödəkçə oğurlandı - FOTO\VİDEO

7 May, 2019
11:17
3421

Bakıda maşından 3500 manatlıq dörd gödəkçə oğurlandı - FOTO\VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayonu ərazisində yerləşən restoranlardan birinin həyətində paytaxt sakini Ruslan Həsənova məxsus avtomobilin şüşəsi sındırılıb. Zərərçəkən polisə müraciət edərək hadisə zamanı maşından ümumi dəyəri 3500 manat olan dörd ədəd gödəkçəsinin oğurlandığını bildirib.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Hacıqabul rayon sakini Şamil Əliyev və Qubadlı rayonunda qeydiyyatda olan Amil Həsənov saxlanılıblar. 

Onlar ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri