May
2019
20:39
27
254
3511
Virtual karabakh

Keçmiş məhkum əlində tüfəng, sərxoş halda qorxu saçdı

7 May, 2019
20:39
3511

Keçmiş məhkum əlində tüfəng, sərxoş halda qorxu saçdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 2-də saat 5 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisindəki kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozub.

 DİN-in regional mətbuat xidmətindən verilən məlumata görə, bu zaman ərazidə xidmət aparan Qovlar Polis Bölməsinin əməkdaşları həmin şəxsin əlindən silahı alarkən havaya 2 dəfə atəş açılıb, sonuncu tüfəngi ataraq qaçıb. 

Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Həsənov olması, “İJ-16” markalı tüfəngin isə müvafiq sənədlərinin olmadığı, həmçinin həmin gün qeyd edilən kafedə sərxoş halda həmkəndlisi ilə mübahisə etdiyi müəyyən edilib.  E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri