May
2019
18:02
160
54
2945
Virtual karabakh

Bakıda qayınanasını öldürüb, arvadını yaralayan şəxsə cəza verildi - 20 İL

8 May, 2019
18:02
2945

Bakıda qayınanasını öldürüb, arvadını yaralayan şəxsə cəza verildi - 20 İL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Cəsarət İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, C.İsgəndərov 20 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə Bakının Nərimanov rayonunda baş verib. C.İsgəndərov rayonun Əliyar Əliyev küçəsi, 24 ünvanında yaşayan 51 yaşlı Fəhminə İsgəndərova və onun qızı Leyla İsgəndərovanı bıçaqlayıb.

Onun qayınanası hadisə yerində ölüb. L.İsgəndərova isə 5 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralı 1-ci dərəcəli koma vəziyyətində olub. Daha sonra onun həyatını xilas etmək mümkün olub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri