16 
May
2019
04:54
16
165
2923
Virtual karabakh

Sabunçuda “Niva” qəzaya uğrayıb, 3 yaralı var

16 May, 2019
04:54
2923

Sabunçuda “Niva” qəzaya uğrayıb, 3 yaralı var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-qəzası baş verib. 
 
Oxu.Az xəbər verir ki, “Niva” markalı minik avtomobili hərəkətdə olarkən onunla arxadan gələn maşın toqquşub. 
 
Nəticədə “Niva”-nın sürücüsü 1963-cü il təvəllüdlü Mehrac Məmmədov, sərnişinlər 1956-cı il təvəllüdlü Nəbi Məmmədov və 1964-cü il təvəllüdlü Arif Əfəndiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. 
 
N. Məmmədova almacıq sümüyünün, A. Əfəndiyevə isə bazu sümüyünün sınığı diaqnozu qoyulub. 
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 
 
Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri