16 
May
2019
05:58
11
172
3983
Virtual karabakh

“Jiquli” zərbəyə davam gətirməyib – Dörd nəfər yaralanıb - VİDEO

16 May, 2019
05:58
3983

“Jiquli” zərbəyə davam gətirməyib – Dörd nəfər yaralanıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yasamal rayonunda baş verən yol qəzası zamanı dörd nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, hadisə metronun 20 Yanvar stansiyasının yaxınlığında qeydə alınıb.

Cavid Əliyevin idarə etdiyi “99 SG 264” dövlət nömrə nişanlı “Opel” markalı avtomobil dönmə əməliyyatı yerinə yetirmək istəyərkən Vüsal Məmmədovun idarə etdiyi “90 UP 171” dövlət qeydiyyatlı “VAZ 2107” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “VAZ 2107”-də olan 3 sərnişin və sürücü müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri