16 
May
2019
20:56
13
420
17504
Virtual karabakh

66 yaşlı kişini döyərək öldürdülər - FOTO\VİDEO

16 May, 2019
20:56
17504

66 yaşlı kişini döyərək öldürdülər - FOTO\VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallıda 66 yaşlı kişi döyülərək öldürülüb.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, Təzəkənd kənd sakini, 66 yaşlı Bəxtiyar Mirzəmməd oğlu Rəhmanov mübahisə nəticəsində aldığı zərbədən vəfat edib.

Mübahisəyə səbəb Bəfadar, Pərvin, Elnur, Telman və İlham adlı şəxslərin mərhumun evinin qarşısındakı su kollektorunun üzərində yerləşən piyada körpüsünü dağıtmaq istəmələri olub. Həmin şəxslər mal-qaranın körpüdən keçərək, onların ərazilərinə girməsinin qarşısını almaq üçün  belə bir addıma əl atıblar.

Onlara mane olmağa çalışan B.Rəhmanov döş qəfəsi nahiyəsindən yumruq zərbələri alıb. Özünü pis hiss edən kişini xəstəxanaya çatdırmaq mümkün olmayıb. O, yolda dünyasını dəyişib.

Mərhumun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Şöbəsinə təhvil verilib. Faktla bağlı şübhəli bilinən 3 qardaşın saxlanıldığı bildirilir.

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri