17 
May
2019
03:13
37
216
7635
Virtual karabakh

Buzovnada kütləvi dava - Yaralılar var

17 May, 2019
03:13
7635

Buzovnada kütləvi dava - Yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xəzər rayonunda kütləvi dava olub.

Hadisə Buzovna qəsəbəsi, 28 mart küçəsində baş verib. Dava zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xasərətləri alıb.

Kütləvi dava zamanı 27 yaşlı Şəmiyev Tağı Aydın oğlu, 29 yaşlı Məmmədov Rövşən Xəqani oğlu və 32 yaşlı Quliyev Rişad Yusif oğlu bıçaqlanıb.

Yaralılar dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

T.Şəmiyevə sol budun arxa səddinin kəsilmiş-deşilmiş yarası, R.Məmmədova başın təpə nahiyəsinin səthi əzilmiş yarası, R.Quliyevə isə sol gicgah nahiyəsinin əzilmiş-kəsilmiş yarası diaqnozu qoyulub. 

Hər 3 yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri