17 
May
2019
04:53
29
311
4968
Virtual karabakh

Torpağa görə qardaş qardaşı döydü

17 May, 2019
04:53
4968

Torpağa görə qardaş qardaşı döydü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Suraxanı rayonunda iki qardaş arasında dava düşüb.

Oxu.Az xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış massivində baş verib. Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Həşimov Elgün Füzuli oğlu qardaşı tərəfindən döyülüb.

Hadisənin torpaq məsələsinə görə baş verdiyi bildirilir. 

Baş nahiyəsindən xəsarət alan yaralı 3 saylı Şəhər Kliniki Mərkəzinə çatdırılıb. Ona başın yumşaq toxumasının əzilməsi diaqnozu qoyulub.

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri