17 
May
2019
06:44
40
156
4997
Virtual karabakh

Xanım sürücü qəzada xəsarət alıb - VİDEO

17 May, 2019
06:44
4997

Xanım sürücü qəzada xəsarət alıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nəsimi rayonunda gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Həsən Əliyev küçəsində qeydə alınan qəza zamanı 1 nəfər yalanıb. “90 CB 272” dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin xanım sürücüsü yol nişanının tələbini pozub.

Bu zaman avtomobil qarşı yolda hərəkətdə olan “99 MG 533” dövlət qeydiyyatlı “Volkswagen” markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən “Volkswagen” yol kənarındakı səkiyə dəyib.

Qəza zamanı “Hundai”-ın xanım sürücüsü xəsarət alıb. Onun şəxsiyyəti hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri