17 
May
2019
12:20
14
667
11039
Virtual karabakh

Gəncə sakinindən əxlaqsızlıq: 11 yaşlı ögey qızını dəfələrlə zorladı - MƏHKƏMƏ

17 May, 2019
12:20
11039

Gəncə sakinindən əxlaqsızlıq: 11 yaşlı ögey qızını dəfələrlə zorladı - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Nəriman Qasımovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmdə qeyd olunub ki, N.Qasımov 30 dekabr 2013-cü il tarixində gecə saatlarında Gəncə şəhərində fərdi həyət evlərinin inşa edildiyi yaşayış massivində yerləşən kirayədə yaşadığı mənzildə həmin gün arvadı Aytən Qasımovanın (ad-soyad şərtidir) Qazax rayonuna getməsindən istifadə edib.

Onunla bir mənzildə yaşayan və 11 yaşlı ögey qızı, 19.03.2002-ci il təvəllüdlü Zümrüd Əliyevanın (ad-soyad şərtidir) köməksiz vəziyyətindən istifadə edərək belini masaj etdirmək adı ilə onu öz yataq otağına çağırıb.

Belini masaj etdirdikdən sonra qəflətən Zümrüdə zor tətbiq edərək, əynindəki şalvarını çıxarıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bununla da o, on dörd yaşına çatmayan qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədib.

Bundan başqa, o, təkrarən 30 dekabr 2015-ci il tarixdə günorta saatlarında arvadının evdə olmamasından istifadə edib, qızı öz yataq otağına çağırıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif və israr etsə də, sonuncu buna qəti şəkildə etirazını bildirib.

Belə olan halda qızına zor tətbiq edib, əllərindən tutaraq əynindəki şalvarını zorla əynindən çıxarıb, ona təcavüz edib.

Bu hallar dəfələrlə təkrar olunub.

Məhkəmənin hökmü ilə N.Qasımov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxs apellyasiya şikayəti verib. Lakin məhkəmə şikayəti təmin etməyib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri