18 
May
2019
01:01
16
231
3595
Virtual karabakh

Bakı sakinləri Gədəbəydə aptek soydular - FOTO

18 May, 2019
01:01
3595

Bakı sakinləri Gədəbəydə aptek soydular - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gədəbəy rayon Polis Şöbəsinə rayonun ərazisindəki apteklərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Zərərçəkmiş Slavyanka kənd sakini R.Həsənov mayın 7-nə keçən gecə 20 Yanvar küçəsindəki aptekindən 3080 manat pul oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən  qısa müddətdə  cinayət əməlini törədənlərin Gəncə şəhəri ərazisində olduqları müəyyən edilib.

Gədəbəy Rayon Polis Şöbəsinin  əməkdaşlarının  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Vadim Səlimov, Rövşən Alıyev və qardaşı Rəvşin şəhər ərazisində saxlanılıblar.

Onlardan 2 ədəd maska, 1 ədəd alışqan tapança, 2 ədəd əlcək, 1 ədəd kəsici alət və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Nazir QULİYEV

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri