23 
May
2019
02:22
21
215
4856
Virtual karabakh

Bakıda tuneldə iki yük maşını toqquşub - FOTO

Yasamal rayonununda 2 yük maşının iştirakı ilə yol qəzası qeydə alınıb. 

Oxu.Az xəbər verir ki, hadisə rayonun A.Salamzadə küçəsində baş verib. “99-MM-885” dövlət qeydiyyatlı “Shacman” markalı yük avtomobili tuneldən çıxarkən qarşısındakı “90-RK-433” dövıət nömrə nişanlı “Maz” markalı evakuator-krana çırpılıb. 

Kranın sürücüsü Abbasəli Qurbanovun bildirdiyinə görə, qəzadan sonra “Shacman” arxaya doğru gedərək tunelin divarına dəydikdən sonra dayana bilib. Qəza nəticəsində “Shacman”-ın sürücüsü Eyvaz Bəndəliyev xəsarət alıb. 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. 

Kamil Əmirli, Elşad Mətləboğlu

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri