24 
May
2019
19:10
31
209
10142
Virtual karabakh

FHN əməkdaşını həmkarlarının gözü qarşısında öldürüblər

24 May, 2019
19:10
10142

FHN əməkdaşını həmkarlarının gözü qarşısında öldürüblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin xilasedicisi, 35 yaşlı serjant Emin Vəli oğlu Kərimovun qətlində 2 nəfər iştirak edib. Bu barədə Oxu.Az-a mərhumun qohumu məlumat verib.

Qeyd edək ki, mayın 8-də Sumqayıt Regional İdarəsinin qarşısında Şəmsəddin İbrahimov Emin Kərimova hücum edərək onu qətlə yetirib.

Bu gün qətlin təfərrüatları məlum olub. Belə ki, Şəmsəddin İbrahimov qətli tək başına həyata keçirməyib, kiçik qardaşı Yaşar İbrahimov da  hadisə yerində olub. Qardaşlar FHN-in binasına yaxınlaşanda E. Kərimov işdə olub. Şamil İbrahimov serjanta zəng vuraraq, onu danışmaq üçün küçəyə çağırıb.

 Küçədə onlar arasında dava düşüb və mərhum müqavimət göstərərkən Yaşarın qolunu qırıb, lakin özünü bıçaq zərbəsindən qoruya bilməyib. Qətli törətdikdən sonra qardaşlar qaçaraq yolu keçiblər və onları gözləyən avtomobilə minərək aradan çıxıblar.

Hadisəyə şahid olan FHN əməkdaşları avtomobili izləyərək onları saxlaya biliblər. Qardaşlardan biri  FHN əməkdaşlarına da hücum etmək üçün bıçaq çəksə də, onu zərərsizləşdirmək mümkün olub.

“Saxlanılan şəxs qətli  namus üstündə törətdiyini bildirib. Lakin bu yalandır, mövzu tamamilə başqadır. Lakin biz istintaq sirrini yaymamaq üçün hələlik bu barədə danışa bilmirik. Qatil belə deməklə özünə haqq qazandırmaq istəyib”,- deyə Oxu.Az-ın müsahibi bildirib.

Verilən məlumata görə, böyük qardaş qətli kiçik qardaşın təhriki ilə törədib. E. Kərimovla qatil qardaşlar arasında şəxsi zəmində uzun müddətdir ədavət olub.

Maraqlıdır ki, qolu sınan Yaşar İbrahimovun aldığı xəsarət yüngül olsa da, o hələ də xəstəxanada yatır.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri