25 
May
2019
02:00
200
47
5608
Virtual karabakh

İstixanada çətənə kolları becərən şəxs saxlanıldı - FOTO

25 May, 2019
02:00
5608

İstixanada çətənə kolları becərən şəxs saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, xüsusi aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkiləri rayonun Mollakamallı kənd sakini Laçın Atakişiyevə məxsus evin həyətyanı sahəsində yerləşən istixanada aşkarlanıb. Şahidlərin iştirakı ilə istixanaya baxış zamanı orada yaş çəkisi 1755 qram təşkil edən 32 ədəd çətənə kolu olduğu müəyyənləşib.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri