25 
May
2019
10:28
69
177
5495
Virtual karabakh

Avtomobil ustaları emalatxanada heroinlə tutulublar - FOTO

25 May, 2019
10:28
5495

Avtomobil ustaları emalatxanada heroinlə tutulublar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı rayonunda avtomobil ustaları emalatxanalarında heroinlə tutulublar.

Bu barədə Oxu.Az-a DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.

Onların hər ikisi - 44 yaşlı Mehman Mehdiyev və 47 yaşlı Xəyyam Əhmədov əvvəllər də məhkum olunublar.  

Şəxsi axtarış keçirilən zaman onların üzərindən və usta olaraq işlədikləri avtomobil təmiri emalatxanalarından şprislərə doldurulmuş narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri