27 
May
2019
07:40
11
261
4977
Virtual karabakh

Göyçayda ev külə dönüb - FOTO

27 May, 2019
07:40
4977

Göyçayda ev külə dönüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonunda şəxsi mülk yanıb.

Oxu.Az xəbər verir ki, yanğın hadisəsi ötən gün gecə saatlarında rayonun Hüngütlü kəndində baş verib.

Kənd sakini 1979-cu il təvəllüdlü Zülfüqar Hacıyevə məxsus ümumi sahəsi 130 kvm 1 mərtəbəli 3 otaqdan ibarət evin yanar konstruksiyaları 106 kv sahədə yanıb.

Hadisə yerinə dərhal Göyçay yanğından mühafizə hissəsinin üç maşını və canlı qüvvəsi cəlb edilib. Qısa zamanda alovun qarşısını almaq mümkün olub. Yanğından evin qalan hissəsi və bitişik ümumi sahəsi 127 kvm olan talvarı mühafizə olunub.

Yanğın zamanı ev sakinləri evdə olub. Xoşbəxtlikdən heç kim xəsarət almayıb. Evdə olan müəyyən əşyalar yanaraq külə dönüb və bir hissəsi xilas edilib.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri