30 
May
2019
20:54
65
309
13036
Virtual karabakh

Bakıda ər arvadını bıçaqlayaraq öldürüb

30 May, 2019
20:54
13036

Bakıda ər arvadını bıçaqlayaraq öldürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 30-da saat 3-4 radələrində bazarın yaxınlığında yerləşən beş mərtəbəli binanın həyətində ər arvadını bıçaqlayıb və hadisə yerindən qaçıb. Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Bu barədə Oxu.Az-a Sabunçu rayon Prokurorluğundan məlumat verilib. Qeyd edək ki, sosial şəbəkələrdə ərin arvadının başını kəsərək balkondan həyətə atması barədə məlumat yayılıb. Lakin hüquq mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, bu məlumat həqiqəti əks etdirmir.

Öldürülən qadın 40 yaşlı Fəridə İsmayıl qızı  Məmmədovadır. Cinayətkar ər 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun əvvəllər məhkum olunduğ bildirilir. İlkin ehtimallara görə  cinayətə səbəb qısqanclıq  və namus məsələsidir. 

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri