31 
May
2019
07:33
12
172
2544
Virtual karabakh

Kürdəxanıda sürücü yuxuladı, “Jiquli”si işıq dirəyinə çırpıldı

31 May, 2019
07:33
2544

Kürdəxanıda sürücü yuxuladı, “Jiquli”si işıq dirəyinə çırpıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gecə saatlarında paytaxtın Sabunçu rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, 1951-ci il təvəllüdlü Əkbərov Elxan İsmayıl oğlu Kürdəxanı kəndi ərazisində idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

E.Əkbərova sol topuğun və aşağı ətrafların sınığı, kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin ehtimala görə, sürücü sükan arxasında yuxulayıb.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri