İyn
2019
19:11
223
47
6158
Virtual karabakh

55 min manata narkotik satmaq istəyənlər ələ keçdi - FOTO

4 İyn, 2019
19:11
6158

55 min manata narkotik satmaq istəyənlər ələ keçdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan daha bir şəbəkənin üzvləri ifşa ediliblər.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Baş İdarə əməkdaşlarının Binəqədi rayonunda keçirdikləri əməliyyat zamanı Şəki şəhər sakini əvvəllər məhkum olunmuş Samir Babayev və Lənkəran şəhər sakini Vüqar Mirişov saxlanılıblar. Onlar 1 kiloqram 310 qram yüksək psixotrop təsirə malik narkotik vasitə olan metamfetamin və 10,188 qram heroini 55000 manata satmaq istəyən zaman tutulublar. 

İstintaq zamanı müəyyən edilib ki, metamfetamin və heroini V.Mirişov şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından əldə edib. Daha sonra o, tanışı S.Babayevdən narkotik vasitələri satmaq üçün müştəri tapmasını istəyib və bunun müqabilində ona 5000 manat verəcəyini vəd edib. Həmin şəxslər narkotik vasitələri satmaq istəyən zaman iş başında tutulublar.

Baş İdarə əməkdaşlarının narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsi istiqamətində həyata keçirdikləri əməliyyat tədbirlərinin davamı olaraq dəstənin daha bir üzvü Beyləqan rayon sakini Osman Əhmədov da tutulub.

Saxlanılan şəxslərə məxsus “Opel” markalı avtomobilə baxış zamanı əlavə olaraq 2 kiloqram 015 qram, O.Əhmədovun Beyləqan rayonunda tanışının evində gizlətdiyi 2 kiloqram 022 qram satış üçün nəzərdə tutulan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri