İyn
2019
00:10
22
192
4744
Virtual karabakh

Marketə girən kişinin maşını oğurlandı

6 İyn, 2019
00:10
4744

Marketə girən kişinin maşını oğurlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunda  marketə girən kişinin avtomobili oğurlanıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Mürşüd Məmmədov rayonun Lək kəndi ərazisində fəaliyyət göstərən marketdə alış-veriş edən zaman  sözügedən hadisə baş verib. Onun sözlərinə görə, “VAZ-2106” markalı minik maşınını marketin qarşısında saxlayaraq, içəri daxil olub. Lakin marketdən çıxarkən şəxsi avtomobilini saxladığı yerdə görməyib.

M. Məmmədov bildirib ki, hadisə ilə əlaqədar polisə müraciət edib. 

Avtomobilin sahibinin sözlərinə görə, həmin vaxt ərazidə sıxlıq olsa da, ona məxsus əmlakın hansı şəraitdə aparıldığını kimsə görməyib.

Bərdə rayon Polis Şöbəsindən isə bildirilib ki, hazırda həmin faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri